» » Moldovada yeni baş nazir təyin edildi

Moldovada yeni baş nazir təyin edildi

Moldovada yeni baş nazir təyin edildi

Prezident fərman imzalayıb.

Moldova prezidenti Nikolay Timofti Demokratik partiyanın üzvü Pavel Filipin ölkənin baş naziri təyin olunmasına dair fərman imzalayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkə prezidentinin müşaviri Vlad Tsurkanu bildirib.

Moldova parlamenti ölkənin rabitə naziri Pavel Filipin baş nazir vəzifəsinə təyin olunmasını dəstəkləyib.

Səsvermə zamanı 57 parlamentari lehinə səs verib. Parlamentin iclasında həmçinin hökumət tərkibini və proqramını da təsdiqləyiblər.

Kişinevda ölkə parlamentinin yanında kütləvi etiraz aksiyaları başlayıb. Etiraz aksiyasının iştirakçıları Pavel Filipin başçılığı ilə yeni hökumətin təsdiqlənməsinə qarşıdırlar.

Son məlumata görə, etiraz aksiyalarında 15 nəfər xəsarət alıb.