» » Tbilisi “Qazprom” ilə danışıqları davam etdirir

Tbilisi “Qazprom” ilə danışıqları davam etdirir

Tbilisi “Qazprom” ilə danışıqları davam etdirir

“Danışıqların mövzusu dəyişməyib”.

Gürcüstanın Energetika nazirliyi “Qazprom” ilə qaz tədarükünə dair danışıqları davam etdirir.

ucarliyiq.biz “sputnik-georgia”ya istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Gürcüstan “Qazprom” şirkətinin Rusiyadan Ermənistana qaz tranziti üçün “mavi yanacaq” deyil, pul ilə ödəniş təklif etməsindən sonra şirkətlə intensiv danışıqlar aparır.

Keçən ilki müqavilənin müddəti 2015-ci ilin dekabr ayının 31-də sona çatıb. Eyni zamanda Energetika nazirliyi “Qazprom”dan kommersiya qazı almaq niyyətində olduğunu bildirib.

“Vyanada gürcü tərəfinin və “Qazprom” nümayəndələrinin növbəti görüşü keçirilib. Danışıqların mövzusu dəyişməyib və iş prosesi hər iki tərəf üçün əlverişli şərtlərin razılaşdırılması məqsədi ilə davam edir”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl gürcü müxalifəti Rusiya qazından imtina etməyə çağırırdı. Lakin nazir Kaxaber Kaladze qış dövründə qaz çatışmazlığını bəyan edərək, Rusiya qazından imtina etməyin ölkə əhalisinə neqativ təsir edəcəyini vurğulayıb.