» » Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Azərbaycanda investisiya proqramları iqtisadi inkişafa yardım edirdi.

MDB ölkələrində iqtisadi fəallıq 2015-ci ildə kəskin zəifləyib. O cümlədən bu vəziyyətin yaranmasına ticarət şərtlərinin pisləşməsi, xarici maliyyənin az əlçatanlığı, yüksək səviyyədə qeyri-müəyyənlik kimi faktorlar təsir edib.

Rusiyada istehsalın zəifləməsi bütün postsovet məkanına mənfi təsir göstərib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016” adlı yeni hesabatında deyilir.

Sənəddə bildirilir ki, MDB ölkələri və Gürcüstanın birlikdə ÜDM-ı 2015-ci ildə təqribən 3% azalıb. Yaxın illərdə inkişafın bərpa ediləcəyi, lakin o qədər yüksək olmayacağı gözlənilir. Ehtimal edilir ki, ÜDM 2016-cı ildə təxminən 0,7%, 2017-ci ildə isə 1,8% artacaq.

Ekspertlər qeyd edir ki, Rusiyada işsizlik artıb. Böhran səviyyəsi yüksək olaraq qalır, bu isə rublun məzənnəsinin kəskin düşməsi ilə şərtlənib.

Hesabat müəllifləri düşünür ki, 2016-cı ildə Rusiya Federasiyasının iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə 1,2%-lik artım müşahidə olunacaq.

Ekspertlərin fikrincə, nisbətən mülayim vəziyyət Qafqaz, Mərkəzi Asiya regionunda müşahidə olunur.

Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları sayəsində 2015-ci ildə iqtisadi artım müşahidə olunub.