» » ABŞ-da neftin qiyməti süddən iki dəfə ucuz oldu

ABŞ-da neftin qiyməti süddən iki dəfə ucuz oldu

ABŞ-da neftin qiyməti süddən iki dəfə ucuz oldu

Bu, neft üçün 2004-cü ildən bəri ən pis müqayisədir.

Çərşənbə günü West Texas Intermediate (WTI) neftinin qiyməti 2003-cü ilin mayından bu günədək ən aşağı səviyyəyə düşüb. Nəticədə ABŞ-da neftin litri süddən iki dəfə ucuzdur, Bloomberg agentliyi məlumat yayıb. 

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, WTI-nin bir qallonun (3,79 l) qiyməti Çikaqo fyuçers birjasında satılan III növ südün yarı qallonunun qiymətinədir.

Bu neft üçün 2004-cü ildən bəri ən pis müqayisədir.

Çərşənbə günü satışlar zamanı WTI markalı neftin qiyməti bir barel üçün 26,19-a qədər enib, bu isə bir qallon üçün 62 sentə bərabərdir.

Fyüçerslərdə südə olan qiymətlər 100 funt (funt – 453,6 qram) 13,74 dollar və ya bir qallon üçün 1,18 dollardan ibarət olub.