» » Dalay-lama ABŞ-da xəstəxanaya yatırıldı

Dalay-lama ABŞ-da xəstəxanaya yatırıldı

Dalay-lama ABŞ-da xəstəxanaya yatırıldı

Bu yaşda olan kişilərdə adi haldır.

Tibetin dini lideri XIV Dalay-lama Amerikanın Minnesota ştatının Meyo klinikasına yatırılıb, o, prostat xəstəliyi ilə əlaqədar müalicə alır, bu barədə ABC News məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, həkimlər narahatçılıq üçün səbəb olmadığını bildiriblər, belə ki, onun yaşda olan kişilər üçün bu, adi haldır.

Xəstəxanada 80 yaşlı Tibet liderinin tamamən müalicə olunacağına şübhə etmirlər.

Telekanalın məlumatına görə, daha öncə Dalay-lama səhhətindən şikayətlənməsə də, ABŞ-a tibbi müayinə üçün getməyə hazırlaşdığını bəyan etmişdi.

2015-ci ilin sentyabr ayında Tibetin dini lideri amerikalı həkimlərin təkidi ilə ABŞ-da bir sıra rəsmi tədbirləri ləğv etməli olub.

XIV Dalay-lamа Tentszin Qyamtsxo Tibet xalqının dini lideri hesab edilir. O, 1989-cu ildə Nobel sülh mükafatına layiq görülüb.