» » “The Washington Post”: Kris Smitin layihəsi keçməyəcək

“The Washington Post”: Kris Smitin layihəsi keçməyəcək

“The Washington Post”: Kris Smitin layihəsi keçməyəcək

“Azərbaycan qlobal enerji ticarətində daha vacib rol oynayacaq”.

ABŞ-Azərbaycan tərəfdaşlığı 3 əsas strateji faktorla izah oluna bilər: Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən enerji tranziti kimi əhəmiyyəti, Əliyevin Rusiyanın Gürcüstan və Ukraynanın suverenliyini pozmasına müqaviməti, Azərbaycanın terrorizm və şiə radikalizminə qarşı ABŞ-la həmrəyliyi.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi  xəbərə görə, bu barədə Samuel Ramaninin “The Washington Post” qəzetində dərc olunan yazısında bildirilib.

Müəllif bildirib ki, ötən ilin dekabrında konqresmen Kris Smit tərəfindən təqdim edilən, Azərbaycanın yüksək səviyyəli rəsmilərinə viza verilməməsi ilə bağlı layihə çətin ki, qəbul edilsin.

Yazıda qeyd olunur ki, Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini həyata keçirə bilsə, Azərbaycan qlobal enerji ticarətində daha vacib rol oynayacaq. 

“Bu qaz kəməri dünyada təbii qaz ehtiyatlarına görə dördüncü olan Türkmənistanı Avropa İttifaqı ilə birləşdirəcək və Bakını tranzit enerji şəbəkəsinin mərkəzinə çevirəcək.

Çünki Xəzər dənizindən gələn sabit enerji axını Avropanın Rusiya qazından asılılığını azaldacaq və İranın təsirini məhdudlaşdıracaq. Bu da ABŞ-ın müttəfiqlərini uzunmüddətli düşmənlərə qarşı gücləndirəcək”, - deyə müəllif qeyd edib.

Yazıda bildirilir ki, Azərbaycan diqqətli şəkildə öz xarici siyasətini Rusiya və Qərb arasında balanslaşdırıb, Rusiyanın neo-imperiya təşəbbüslərinə həmişə ehtiyatlı yanaşıb. Müəllifin sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-la terrorizmlə mübarizə sahəsində fəal əməkdaşlıq edib.

“ABŞ-ın Avropa və Yaxın Şərqdəki müttəfiqləri 2003-cü il İraq müharibəsinə qarşı çıxsalar da, Azərbaycan ABŞ-a havaməkanını açmışdı. Azərbaycan ABŞ-ın Xəzər hövzəsində İŞİD-ə qarşı mübarizədə yeganə müttəfiqidir.  Bu faktor özü də ABŞ-ın Əliyevi kənarlaşdırmasını istisna edir.

Qısası, ABŞ-ın Əliyev hakimiyyətinin əleyhinə getmək istəməməsi Azərbaycanın ABŞ ilə strateji hədəflər sahəsində əməkdaşlıq etməsi ilə izah oluna bilər. Enerji  məsələləri, İŞİD və digər terror təşkilatları ilə mübarizə, Rusiya aqressiyasının qarşısının alınması ABŞ siyasətçiləri üçün vacib məsələlərdir”, - deyə məqalədə bildirilir.