» » Türkiyənin ən zəngin insanlarından biri vəfat etdi

Türkiyənin ən zəngin insanlarından biri vəfat etdi

Türkiyənin ən zəngin insanlarından biri vəfat etdi

Biznesmen “Koç” holdinqinin idarə heyətinin sədridir.

Türkiyənin ən zəngin simalarından biri, biznesmen Mustafa Koç cümə axşamı ürək tutmasından vəfat edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə CNN Turk telekanalı məlumat yayıb.

55 yaşlı biznesmen Türkiyədə ən iri holdinqlərdən olan “Koç” holdinqinin idarə heyətinin sədridir.

Bu holdinqin tərkibinə banklar, məişət texnikası istehsal edən zavodlar, AZS və qaz stansiyaları, avtomobil zavodları da daxildir.