» » Putin təhlükəsizlik haqqında danışmaq istəmir

Putin təhlükəsizlik haqqında danışmaq istəmir

Putin təhlükəsizlik haqqında danışmaq istəmir

Rusiya prezidenti Münhenə səfərdən imtina etdi.

Rusiya prezidenti Vladimir Putin Münhen təhlükəsizlik konfransına getməyəcək, çünki bu, onun iş qrafikinə uyğun gəlmir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hal-hazırda bu, prezidentin cari iş qrafikindəki imkanlarla üst-üstə düşmədi”, - Peskov jurnalistlərin Putinin bu konfransa getməyəcəyi qərarının qəbul edilməsinə dair sualına cavab verərkən bildirib.

Sputnik agentliyinin məlumatına görə, Münhen təhlükəsizlik konfransı bu il fevral ayının 12-dən 14-ə kimi keçiriləcək.  

Münhen təhlükəsizlik konfransının sədri Volfanq İşingerin sözlərinə görə, görüşün mərkəzi mövzusu münaqişələrin qarşısının alınması, eləcə də idarə mexanizmlərinə yenidən baxılması olacaq.

Onun sözlərinə görə, Putin dəvətdən iki dəfə imtina edib.