» » London məhkəməsi Litvinenkonun qatillərinin adlarını açıqlayıb

London məhkəməsi Litvinenkonun qatillərinin adlarını açıqlayıb

London məhkəməsi Litvinenkonun qatillərinin adlarını açıqlayıb

“Cənab Putinin ünvanına səslənən ittihamların təsdiq edilməsindən razıyam”.

Londonda hakim ser Robert Ouen bu gün Federal təhlükəsizlik bürosunun əməkdaşı A.Litvinenkonun ölümü ilə bağlı keçirilmiş açıq dinləmələrin yekunu əsasında öz qərarını elan edib, ucarliyiq.biz RBK-ya istinadən xəbər verir.

O, yarım il ərzində hazırladığı qərarda belə nəticəyə gəlib ki, böyük ehtimalla A.Litvinenkonun Londonda öldürülməsi planı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Rusiya prezidenti Vladimir Putin tərəfindən bəyənilib, bu barədə məhkəmə zalında olan Guardian-ın müxbiri bildirib.

Hakim Litvinenkonun “polonium-210” maddəsini təsadüfən və ya intihar niyyəti ilə qəbul etməsi ehtimalını istisna edib.

“Əminəm ki, o, üçüncü şəxslər tərəfindən qəsdən zəhərlənib”, - Ser Ouen bildirib.

“Cənab Luqovoy və cənab Kovtun 1 noyabr 2006-cı ildə Londonun “Millenium” otelinin “Pine” barında “polonium-210” maddəsini çaynikə atıblar. Mən əminəm ki, onlar cənab Litvinenkonu zəhərləmək məqsədilə bunu ediblər”, - The Telegraph britaniyalı hakimin sözlərindən sitat gətirib.

Luqovoy və Kovtun bəlkə də hansı növ zəhərdən istifadə etdiklərini bilmirdilər, hakim belə hesab edir.

“Əminəm ki, cənab Luqovoy və cənab Kovtun ölümcül zəhərdən istifadə etdiklərini bilirdilər və Litvinenkonu öldürmək niyyətində idilər. Amma mən inanmıram ki, onlar hansı kimyəvi maddədən istifadə etdiklərini, bu maddənin təbii xassələrini biliblər”, - The Telegraph sitat gətirir.

Hakim Ser Ouen ehtimal edib ki, Litvinenkonun qətl planı cinayətdən 2 il əvvəl, 2004-cü ilin oktyabrında Luqovoy və Litvinenkonun sonuncu görüşü dövründən sonra hazırlanıb. Görüş Luqovoyun təşəbbüsü ilə keçirilib. 

“Bu barədə onu deyə bilərəm ki, cənab Luqovoy həmin vaxt böyük ehtimalla bu plana cəlb edilib və məqsəd Litvinenkonu öldürmək olub”, - The Telegraph hakimin sözlərindən sitat gətirir.

The Guardian-ın müxbiri Lyuk Hardinq bildirib ki, hakimin Vladimir Putinin “mümkün aidiyyatı” haqqında çıxarışı Britaniya xüsusi xidmətlərinin, əsasən də Litvinenkonun işverəni, Böyük Britaniyanın xarici kəşfiyyatı M16-nın məxfi sənədlərinə əsaslanır.

Litvinenkonun qətli FTX tərəfindən bəyənilib.

“Mən hətta bu ehtimalın həddən artıq yüksək olduğunu deyərdim”, - Ser Ouen hesab edir.

İstintaqda Putinin və Rusiya rəhbərliyinin Litvinenkonun ölümünü istəməsi üçün bir neçə mümkün səbəb göstərilib. Əsasən, prezident Putin Litvinenko tərəfindən şəxsi xarakterli açıq tənqidin hədəfi olub.

FTX-nin sabiq agenti dövlət başçısını pedofiliyada ittiham edib.

Digər “ciddi motivi” isə Litvinenkonun özü bildirmişdi, belə ki, bu, “onun FTX-yə xəyanət etdiyini, Britaniya kəşfiyyatına işlədiyini və Putin rejiminin aparıcı rəqibləri ilə həmfikir olması idi”, The Inquir saytında dərc edilmiş məhkəmə hesabatında bildirilir.

Litvinenkonun qohumları qətlin səbəbinin mərhumun Britaniya və İspaniyanın xüsusi xidmətləri ilə “Rusiya mafiyası” işi üzrə İspaniyada işləməsinin olması versiyasını da irəli sürürlər. Kriminal avtoritet Petrov İspaniyada 2000-ci ildə saxlanılıb.

İspaniya prokurorluğu onu Tambov mütəşəkkil cinayət qrupunun lideri hesab edir və əmlakın alınıb, yenidən satılması kimi qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edirdilər.

2015-ci ilin payızında ispan işinin bəzi Rusiya KİV-də dərc edilmiş materiallarında Petrovun və onun köməkçilərinin yüksək vəzifəli məmurlar, o cümlədən Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ilə telefon söhbətlərinin yazısı yer alırdı. 

Bəzi söhbətlər isə Federal narkotiklərə nəzarət xidmətinin yüksək vəzifəli əməkdaşı Nikolay Akulov ilə aparılıb.

Litvinenkonun həyat yoldaşı Marina jurnalistlərə ərinin ölüm qabağı cənab Putinin ünvanına söylədiyi ittihamların təsdiq olunmasından razı qaldığını bildirib.