» » Kudrin neftin qiymətinin 16 dollara qədər ucuzlaşacağını istisna etmir

Kudrin neftin qiymətinin 16 dollara qədər ucuzlaşacağını istisna etmir

Kudrin neftin qiymətinin 16 dollara qədər ucuzlaşacağını istisna etmir

“Qiymət korrektə ediləcək və yüksəlməyə başlayacaq”.

Neftin qiymətləri hələ ki, tam çökməyib, amma Rusiyanın iqtisadiyyatı şok yaşadıqdan və yeni şəraitə uyğunlaşdıqdan sonra orta müddətli perspektivdə inkişaf edəcək, Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin belə hesab edir.

ucarliyiq.biz bu barədə İnterfaks-a istinadən xəbər verir.

“Bu, bir barel üçün 18 və ya 16 dollar da ola bilər, amma uzun müddət yox, əlbəttə ki, sonra korrektə olacaq və artmağa başlayacaq”, - Kudrin Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində “VTB Kapital”ın işgüzar səhər yeməyində çıxış edərkən bildirib.

“Bir çox şərtlər var, ehtiyatlar Rusiyanın ÜDM-nin 15,5%-nə yaxın aşağı borcu kimi bu dövrün öhdəsindən gəlməyə yardım edir, Rusiyanın möhkəmlik ehtiyatı var, biz borc götürüb və artıra bilərik.

Dəyişən kurs iqtisadiyyatı uyğunlaşdırmağa imkan verdi. Sözsüz ki, şok var, amma bir-iki il ərzində iqtisadiyyat müsbət göstəricilərə nail olacaq”, - Kudrin belə hesab edir.