» » Peterburqda hamilə qadınlar “donuz qripi”ndən öldülər

Peterburqda hamilə qadınlar “donuz qripi”ndən öldülər

Peterburqda hamilə qadınlar “donuz qripi”ndən öldülər

“Pasientlərin xəstəxanaya yatırılmasına tələbat artır”.

Sankt-Peterburqda “donuz qripi”ndən 12 nəfər ölüb, onların arasında iki hamilə qadın da var, “Doktor Piter” məlumat yayıb.

ucarliyiq.biz “Gazeta.ru”ya istinadən xəbər verir ki, Peterburqun KRX (Kəskin respirator xəstəlikləri) və qrip ilə xəstəxanaya yatırılan sakinlərinin sayı artır.

Müqəddəs Georgi xəstəxanasının tibbi hissə rəisi İqor İvanov bəyan edib ki, KRX olan pasientlərin xəstəxanaya yatırılmasına tələbat artır və əgər lazım olarsa xəstəxana gücləndirilmiş rejimdə çalışacaq.

Daha öncə Rusiyanın 20 subyektində “donuz qripi”nə yoluxma hallarının qeydə alınması barədə məlumat yayılmışdı.