» » Amerika ölkələri nefti hasilat dəyərindən ucuz satır

Amerika ölkələri nefti hasilat dəyərindən ucuz satır

Amerika ölkələri nefti hasilat dəyərindən ucuz satır

“Keçən həftə biz tam sabitlik səviyyəsində idik”.

Neftin dünya qiymətlərinin sürətli ucuzlaşması Venesuela, Kolumbiya və Ekvadoru öz neftini maya dəyərindən ucuz satmaq məcburiyyətinə gətirib çıxarıb. Bu barədə cümə axşamı Reyter agentliyi bu ölkələrin neft şirkətlərindən olan mənbələrinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Venesuelada hasil edilən DCO neftinin bir bareli 15 dollara, Kolumbiyada hasil edilən Vasconia neftinin bir bareli 21 dollardan ucuz satılır.

Ekvadorun öz neftini maya dəyərindən ucuz satmasını daha öncə ölkə prezidenti Rafael Korrea bəyan etmişdi.

Venesuela iri ixracatçıların ilk onluğuna daxildir və bazarın 3,7%-ni, Kolumbiya – 1,8%, Ekvador – 1%-dən az hissəsini tutur.

“Keçən həftə biz tam sabitlik səviyyəsində idik, amma indi isə o xətdən aşağıdayıq (bir barel üçün olan qiymətdə)”, - Kolumbiyanın iri özəl neft şirkəti Pacific Exploration and Production şirkətindən olan mənbə bildirib.