» » Emoməli Rəhmon qeyri-məhdud sayda prezident seçilə bilər

Emoməli Rəhmon qeyri-məhdud sayda prezident seçilə bilər

Emoməli Rəhmon qeyri-məhdud sayda prezident seçilə bilər

Ədliyyə Şurası buraxılacaq.

Tacikistan parlamenti ölkə Konstitusiyasına hazırkı prezident Emoməli Rəhmona qeyri-məhdud sayda dövlət başçısı seçilmək imkanı verən düzəlişləri qəbul edib.

ucarliyiq.biz xəbər verir ki, Konstitusiyaya düzəlişlər ölkə prezidentliyinə namizədlərin yaş həddinin 35-dən 30-a endirilməsini nəzərdə tutur.

Düzəlişlərə görə, Ədliyyə Şurası buraxılacaq. Əsas qanun indi Konstitusiya adlanacaq. Düzəlişlər həmçinin dini xarakterli siyasi partiyaların yaradılmasına qadağa qoyulmasını nəzərdə tutur.

Aşağı palata qəbul edilmiş layihəni Konstitusiya məhkəməsinə göndərib, bundan sonra cari düzəlişlərin qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsi üçün gün təyin ediləcək.