» » İŞİD-də çevriliş cəhdi: 120-dən çox yaraqlı edam edildi

İŞİD-də çevriliş cəhdi: 120-dən çox yaraqlı edam edildi

İŞİD-də çevriliş cəhdi: 120-dən çox yaraqlı edam edildi

Çevriliş bazar günü baş tutmalı idi.

İraqın Nayvana əyalətində, avqustun 31-də “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 120-dən çox yaraqlısı edam edilib, bu barədə Al Sumaria telekanalı Kürdistan Demokratik Partiyasının nümayəndəsi Səid Mamuzinə istinadən bildirib.  

Onun sözlərinə görə, qruplaşmanın üzvlərini çevriliş və İŞİD-in lideri Abu Bəkir əl-Bağdadini devirməyə cəhddə ittiham ediblər, ucarliyiq.biz xəbər verir.

Mamuzini dəqiqləşdirib ki, çevriliş bazar günü avqustun 30-da baş tutmalı idi.

“Amma iki gün öncə həbs olunmuş iki yaraqlı qəsdçilərin planlarının üstünü açıb”, - o bildirib.

Nəticədə 122 yaraqlı, o cümlədən də 18 səhra komandiri Mosulun cənubunda həbsxanada güllələniblər.

Mamuzinin sözlərinə görə, İŞİD-də parçalanma artıq aşkar görünür.

Pulların, hakimiyyətin və nüfuzun bölüşdürülməsi uğrunda mübarizədə onlarla yaraqlı həlak olub, Kürdistanın Demokratik Partiyasının nümayəndəsi əlavə edib.