» » Türkiyə britaniyalı jurnalistləri İŞİD ilə əməkdaşlıqda ittiham edir

Türkiyə britaniyalı jurnalistləri İŞİD ilə əməkdaşlıqda ittiham edir

Türkiyə britaniyalı jurnalistləri İŞİD ilə əməkdaşlıqda ittiham edir

Onlar keçən həftə saxlanılıblar.

Türkiyə məhkəməsi “terror təşkilatına yardım” ittihamı ilə iki britaniyalı jurnalistin həbsinə dair qərar çıxarıb.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, Vice News portalının əməkdaşları Ceyk Hanrahan və Filipp Pendlberi keçən həftə tərcüməçi və sürücü ilə bərabər saxlanılıblar.

Onların vəkillərinin sözlərinə görə, jurnalistlər “İslam dövləti” (İŞİD) terror qruplaşması və Kürdistan Fəhlə Partiyasının separatçıları ilə əməkdaşlıqda ittiham edilirlər.

Jurnalistlərlə bərabər saxlanılan tərcüməçiyə də ittiham irəli sürülüb, amma çəkiliş qrupunun sürücüsü sərbəst buraxılıb.

Vice News portalı bu hadisə ilə əlaqədar bəyanat verib, bəyanatda öz əməkdaşlarına qarşı irəli sürülən ittihamları əsassız adlandırıb.