» » Financial Times: Putin Əsədə istefaya getməyi təklif etdi

Financial Times: Putin Əsədə istefaya getməyi təklif etdi

Financial Times: Putin Əsədə istefaya getməyi təklif etdi

Suriya prezidenti qəzəbləndi.

Vladimir Putin yanvarın əvvəlində Bəşər Əsəddən istefaya getməsini xahiş edib, Financial Times iddia edir.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, FT-nin qərbi kəşfiyyatda mənbəsi V.Putinin təklifini B.Əsədə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri, bu yaxınlarda vəfat etdiyi açıqlanan İqor Serqun çatdırıb.

Nəşrin məlumatına görə, Əsəd qəzəblənib və istefaya getməkdən imtina edib.

Nəşrdə İ.Serqunun ölümündən bir neçə həftə əvvəl Dəməşqə səfər etdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi FT-nin məlumatını şərh etməyib.

Serqun yanvarın 3-də vəfat edib.

Rəsmi versiyaya görə, ölüm hadisəsi Moskva vilayətində istirahət evində ürək çatışmazlığından olub. Amma Stratfor-un mənbəsi xüsusi hesabata istinadən Serqunun yanvar ayının 1-də Livanda öldüyünü bildirib.