» » F-22A Polşada – FOTO

F-22A Polşada – FOTO

F-22A Polşada – FOTO

Lask aerodromunda Polşa HHQ-nin 32-ci taktiki aviasiya bazası yerləşir.

2015-ci ilin avqust ayının 28-də Almaniyanın hərbi-hava bazası Şpanqdalemə müvəqqəti olaraq dörd Lockheed Martin F-22A Raptor amerikalı qırıcısının ardınca, avqustun 31-də bu təyyarələrin ikisi Polşanın Lask aviabazasına uçub, ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir.  

Bu barədə danışan Polşa qoşunlarının press-zabiti Artur Qolavski bəyan edib ki, amerikalılar bu növ təyyarələrin müttəfiqlərinin aerodromlarından fəaliyyət imkanlarını öyrənirlər”.

Lask aerodromunda Polşa HHQ-nin 32-ci taktiki aviasiya bazası yerləşir, onun tərkibinə Lockheed Martin F-16C/D Block 52+ qırıcıları ilə təchiz edilmiş 10 taktiki qırıcı eskadrilya daxildir.

Almaniyaya gəlmiş, indi isə Polşada da olan F-22A təyyarələri Block30 seriyası maşınlarına aiddir. Onlar 2007-ci ildə yığılıb və Tindallda (Florida) yerləşən ABŞ HHQ aviabazasının 325-ci qırıcı qolunun 95-ci qırıcı eskadrilyasının tərkibinə daxildir.

Onların Avropada yerləşməsi sentyabrın ortasına qədər davam edəcək.

F-22A Polşada – FOTO

F-22A Polşada – FOTO

F-22A Polşada – FOTO