» » ABŞ Suriya və İranda quru qoşunlarından istifadə edəcək

ABŞ Suriya və İranda quru qoşunlarından istifadə edəcək

ABŞ Suriya və İranda quru qoşunlarından istifadə edəcək

Eşton Karterin bəyanatı.

Koalisiya quru qoşunlarını Suriya və İraqda “İslam dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə istifadə edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Eşton Karter bəyan edib.

Reyter agentliyi CNBC telekanalına istinadən “Karterin İraq və Suriyada İŞİD ilə mübarizədə strategiya çərçivəsində bəyan etdiyi” barədə məlumat yayıb.

“Biz çox şey edirik, çox şey etməliyik, çünki biz İŞİD-ə qalib gəlməliyik. Mən əminəm ki, biz buna nail olacağıq, amma mən prosesi sürətləndirmək istəyirəm”, - telekanal Karterin sözlərindən sitat gətirib.

Daha öncə ABŞ prezidenti Barak Obama Amerikanın Suriya və İraqda yeni irimiqyaslı müharibəyə qoşulmaq istəmədiyini bildirmişdi. 

Belə ki, dekabrın 7-də Obama millətə müraciətində bunun “minlərlə hərbçinin ölümünə və resursların israfına” səbəb olacağını qeyd etmişdi.