» » London İŞİD mövqelərinə nüvə zərbələrini istisna etmir

London İŞİD mövqelərinə nüvə zərbələrini istisna etmir

London İŞİD mövqelərinə nüvə zərbələrini istisna etmir

“Bu addım onları saxlamağın tək yolu ola bilər”.

Britaniyalı kontur-admiral Con Uil bəyan edib ki, London “İslam Dövləti”nin (İŞİD) mövqelərinə zərbələr endirmək üçün nüvə başlıqlı raketlərdən istifadə edə bilər. Daily Express-in yazdığına görə, o, bu addımın onları saxlamağın tək yolu ola biləcəyini izah edib.

ucarliyiq.biz Rosbalt-a istinadən xəbər verir ki, Böyük Britaniyanın atom sualtı donanmasının komandanı Suriyada yaraqlılara qarşı 11 min km maksimal uzaqlıqda nüvə mərmisi vura bilən “Traydent” sistemli ballistik raketlərdən istifadəni istisna etməyib.

Onun fikrincə, nüvə silahının istifadəsi İŞİD-ə “palçıq bombası” adlanan bombanı almağa imkan verməyəcək.

Bununla əlaqədar Uil Böyük Britaniya və onun müttəfiqləri üçün yekun sığorta ola biləcək bu qəbildən olan raket sistemlərinə gələcəkdə sərmayə yatırmağa çağırıb.

Admiralın sözlərinə görə, indi Britaniyanın göyərtəsində “Traydent” ballistik raketi olan “Venqard” tipli dörd sualtı qayığı var.