» » Bıçaqla silahlanmış krab restorandan qaçmağa çalışdı - VİDEO

Bıçaqla silahlanmış krab restorandan qaçmağa çalışdı - VİDEO

Bıçaqla silahlanmış krab restorandan qaçmağa çalışdı - VİDEO

Qəhrəmanı “dünyada ən ölümsaçan krab” adlandırırlar.

Bıçaqla silahlanmış krab internetin qəhrəmanı olub. Çarx LiveLeak portalında dərc edilib. Çarxın Braziliya restoranlarının birində çəkildiyi ehtimal edilir.

ucarliyiq.biz xəbər verir ki, bu, bıçaqla silahlanmış krabın azadlığa qaçmaq istədiyi “qeyri-adi andır”.

Qəhrəmanı “dünyada ən ölümsaçan krab” adlandırırlar.

Klip internetdə qızğın müzakirəyə səbəb olub və istifadəçilər baş verənlərə dair öz versiyalarını irəli sürürlər. Bəzilərinin fikrincə krab aç qağayılardan yaxa qurtarmaq üçün silahlanıb.

Bəzilərinin fikrincə isə o, özünü Braziliyada olan təhlükələrdən qorumaq üçün silahlanıb.

“Bura Braziliyadır, hətta krab belə özünü müdafiə etməli olur”, - istifadəçilərdən biri yazıb.

“Bu heç nədir, Meksikada krablar mişarla silahlanırlar”, - digər rəydə yazılıb.

Bir çoxları krabı Hollivud döyüş və kriminal filmlərinin qəhrəmanları ilə müqayisə edib.