» » Gürcüstanda yeni xarici işlər naziri təyin olundu

Gürcüstanda yeni xarici işlər naziri təyin olundu

Gürcüstanda yeni xarici işlər naziri təyin olundu

Beruçaşvili vəzifədən getdi.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətdə yeni kadr yerdəyişmələrinin olduğunu elan edib.

ucarliyiq.biz “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, xarici işlər naziri Tamar Beruçaşvili vəzifədən gedib. Onun yerini iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kvirikaşvili tutub. 

İqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsinə Tbilisi merinin keçmiş müavini Dmitri Kumsişvili təyin olunub. 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, Georgi Kvirikaşvili uğurlu xarici işlər naziri olacaq.