» » Amerika hərbçiləri təsadüfən nüvə raketini zədələdilər

Amerika hərbçiləri təsadüfən nüvə raketini zədələdilər

Amerika hərbçiləri təsadüfən nüvə raketini zədələdilər

Onun təmiri 1,8 milyon dollara başa gəlib.

ABŞ Hərbi-hava qüvvələri 2014-cü ildə təsadüfən nüvə başlıqlı raketi zədələyiblər, Associated Press BBC-yə istinadən məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, 2014-cü ilin may ayının 17-də “Minitmen” qitələrarası ballistik raketin Kolorado ştatının şimali-şərqində buraxılış şaxtasında texniki yoxlanması zamanı baş verən hadisə barədə yalnız 2016-cı ilin yanvar ayının 22-də məlum olub.

HHQ-nin 90-cı raket qanadının 320-ci raket eskadrosunun üç hərbçisinin səhvi nəticəsində raket “qeyri-işlək vəziyyətə” düşüb.  

HHQ-dən bəyan ediblər ki, baş verənlərin səbəbi personalda lazımi peşəkar səriştənin olmamasıdır. Bununla yanaşı hərbçilər hadisənin ictimai təhlükəsizlik üçün heç bir təhlükə daşımadığını iddia ediblər.

Raketin özü şaxtadan çıxarılıb, onun təmiri 1,8 milyon dollara baş gəlib.

Hadisənin digər təfərrüatları açıqlanmır.