» » Rusiyanın Müdafiə Nazirliyi: Bizim təyyarə vurulmayıb – VİDEO

Rusiyanın Müdafiə Nazirliyi: Bizim təyyarə vurulmayıb – VİDEO

Rusiyanın Müdafiə Nazirliyi: Bizim təyyarə vurulmayıb – VİDEO

“Rusiya aviabazasında xarici jurnalistlər işləyib”.

Rusiyanın Müdafiə Nazirliyi sosial şəbəkələrdə Türkiyə Hərbi-hava qüvvələrinin guya Rusiya hərbi təyyarəsini vurmasına dair yayılan məlumatı təkzib edib.

Bu barədə RİA Novosti yanvar ayının 22-də nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkova istinadən məlumat yayıb.

“Bu məlumatlar əsl cəfəngiyyatdır. Bizim Suriyada terror infrastrukturunun obyektlərini məhv etmək tapşırığını yerinə yetirən bütün təyyarələrimiz aviabazaya qayıdıb”, - Konaşenkov deyib.

O izah edib ki, Rusiyanın Suriyadakı Hmeymim aviabazasında üç gün xarici jurnalistlər işləyib, ona görə də belə bir faktı gizlətmək mümkün olmazdı.

Daha öncə Twitter-in ərəb seqmentində Rusiya təyyarəsinin Türkiyə hava məkanını pozduqdan sonra Bab əl-Hava keçid məntəqəsi ərazisində vurulması barədə məlumat yayılmışdı. Bu barədə əsasən qalın tüstü sütununun qalxdığı əks olunan videonun başlığında iddia edilirdi.

Daha sonra bu videoda Rusiya Hava-kosmik qüvvələrinin həmin ərazidə aviazərbəsinin nəticələrinin əks olunduğu barədə məlumat yayılıb.