» » Qazaxıstan neftin qiymətinin 16 dollar olacağını istisna etmir

Qazaxıstan neftin qiymətinin 16 dollar olacağını istisna etmir

Qazaxıstan neftin qiymətinin 16 dollar olacağını istisna etmir

“Biz bütün ssenariləri nəzərdən keçirdik”.

Qazaxıstan hökuməti ölkə büdcəsinin neftin qiymətinin 30,25 və 20 dollar olacağı, o cümlədən 16 dollar olduğu halda müxtəlif ssenariləri yoxlayır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Qazaxıstanın baş naziri Kərim Məsimov bildirib.

“Biz 2016-cı il üçün büdcəni bir barel üçün 40 dollardan hesablamışıq. Biz bütün ssenariləri nəzərdən keçirmişik – 30, 25, 20 və 16 dollar. Biz indi bütün bu rəqəmləri yoxlayırıq”, - Məsimov bildirib.

Baş nazir əlavə edib ki, indi tələsik qərarlar qəbul etmək tezdir.

“Bir neçə həftə də gözləmək lazımdır. Hər şeyin hansı vəziyyətdə sabitləşəcəyinə baxarıq, və bundan çıxış edərək korrektəmizi edəcəyik (büdcə siyasətində - red.)”, - Məsimov qeyd edib.

Qeyd edək ki, 2015-c ilin dekabr ayının sonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Asiya İnkişaf bankı ilə 1 milyard dollar borc haqqında razılaşmanın ratifikasiyasına dair qanun imzalayıb.

Borc büdcə çatışmazlıqlarının maliyyələşdirilməsinə yönələcək, bu isə ölkənin əsas sosial-iqtisadi inkişaf prioritetlərini dəstəkləmək, eləcə də iqtisadiyyatın təşviqinə dair strateji tədbirlərin həyata keçirilməsinə və iqtisadi inkişafa vasitəçiliyə imkan yaradacaq.