» » Çin prezidenti 14 ildən sonra İranda

Çin prezidenti 14 ildən sonra İranda

Çin prezidenti 14 ildən sonra İranda

“18 əməkdaşlıq protokolunun imzalanması planlaşdırılır”.

Çin Dövlət başçısı Si Cinpin Yaxın Şərq səfəri çərçivəsində rəsmi danışıqlar aparmaq üçün İrana səfər edib. 

İran Prezidenti Həsən Ruhani, dünən axşam Tehrana gələn dövlət başçısını bu səhər Sadabad Sarayında rəsmi mərasimlə qarşılayıb. 

ucarliyiq.biz bu barədə Sputnik-ə istinadən xəbər verir. 

Aralarında 3 baş nazir müavini və 6 nazirin də olduğu böyük bir heyətlə Tehrana gələn Si Cinpin, 14 il aradan sonra İranı ziyarət edən ilk Çin dövlət başçısı olub. 

Çin lider Xinin Tehran səfəri çərçivəsində, iqtisadiyyat, sənaye və mədəniyyət sahələrində 18 əməkdaşlıq protokolu imzalanması planlaşdırılır.

Çərşənbə günü Səudiyyə Ərəbistanı və Misiri ziyarət edən Si Cinpinin İranla Səudiyyə Ərəbistanı arasındakı gərginliyi də azaltmaq istiqamətində danışıqlar aparacağı da gözlənilir.

Dünyada neft hasilatında 5-ci sırada yer alan İran Çinə neft ixrac edən ölkələr arasında 6-cıdır. İran bu ölkəyə sutkalıq 542 min barel neft satır. 

Çin Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2014-cü ildə bir əvvəlki ilə görə 70% artaraq 52 milyard dollara yüksəlib. 2014-cü ildə Çinin İrana ixracı 24,4 milyard dollar olub, amma İranın Çinə ixracı isə 27,5 milyard dollar olaraq açıqlanıb. İran idxalının təxminən 40%-i ən böyük ticarət tərəfdaşı olan Çindən olub.