» » Bakıda faciə: Boru fəhlənin üstünə belə düşdü - VİDEO (18+)

Bakıda faciə: Boru fəhlənin üstünə belə düşdü - VİDEO (18+)

Bakıda faciə: Boru fəhlənin üstünə belə düşdü - VİDEO (18+)

“Operativ qrup dərhal hadisə yerinə göndərilib”.

Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Qağayı” Gənclər Düşərgəsində dəhşətli faciə baş verib. 

ucarliyiq.biz Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda adıçəkilən ərazidə söküntü işləri aparılan zaman iri boru orada olan şəxslərdən birinin üzərinə düşüb. Həmin şəxs hadisə yerindəcə keçinib. 

Onun Dövlət Əmlak Komitəsinin əməkdaşı olduğu iddia edilir. 
 
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən Axar.az-a bildirilib ki, hadisə yeni baş verib:
 
“Hadisə barədə polis bölməsinə bu dəqiqələrdə məlumat daxil olub. Operativ qrup dərhal hadisə yerinə göndərilib”.