» » 15 dövlətin BMT-də səsvermə hüququ əlindən alındı

15 dövlətin BMT-də səsvermə hüququ əlindən alındı

15 dövlətin BMT-də səsvermə hüququ əlindən alındı

Burundunin 1360 dollar borcu var.

Birləşmiş Millətlər Təşkilatının üzvü olan 15 dövlət bu Təşkilatın müntəzəm büdcəsinə üzvlük haqqını ödəmədiyi üçün cari ildə Baş Məclisdə səsvermə hüququndan məhrum edilmişdir.

ucarliyiq.biz-ın Associated Press-ə istinadən xəbərinə görə, bu barədə BMT-nin baş katibi Pan Qİ Mun bildirib.

Nizamnaməyə görə, ötən iki il üçün borcu olan dövlət Baş Məclisdə səs vermək imkanından məhrum edilir. Bununla belə, əgər həmin dövlət müntəzəm büdcəyə borcunun minimum hissəsini ödəyərsə, səsvermə hüququnu saxlayır. Belə ödənişin məbləği BMT-nin iqtisadçıları tərəfindən hər bir dövlət üçün ayrıca hesablanır. 

Siyahıya düşən beş dövlətə - Komor adaları, Qvineya Bisau, Yəmən, Somali və San-tome və Prinsipiyə cari sessiya zamanı öz fikirlərini ifadə etmək icazəsi verilib.

Digər ölkələr, o cümlədən, Vanuatu, Bəhreyn, Mali, Liviya, Marşal adaları,Venesuela (3 milyon dollar borc)  Dominikan Respublikası (2,1 milyon dollar), Sent Vinsent və Qrenadina (2155 dollar), Brundu (1360 dollar) borclarını ödəməlidirlər. 

İlkin siyahıda İranın da adı olsa da, sonradan Baş Assambleyanın mətbuat katibi Daniel Tomas bu ölkənin BMT-yə olan borcunun tam bağlaması barədə məlumat verib.