» » Fırıldaqçı azərbaycanlı prodüserindən 100 min tələb etdi - FOTO

Fırıldaqçı azərbaycanlı prodüserindən 100 min tələb etdi - FOTO

Fırıldaqçı azərbaycanlı prodüserindən 100 min tələb etdi - FOTO

Azər polisə müraciət edib.

İstanbulda özünü polis kimi təqdim edən bir fırıldaqçı məşhur müğənni Muazzez Ersoydan pul tələb etmək istəyib. 

ucarliyiq.biz-ın ANS-ə istinadən məlumatına görə, bu məqsədlə də oğlu sandığı, əslində isə köməkçisi olan əslən azərbaycanlı Azərə zəng edib. Özünü terror polisi kimi təqdim edən fırıldaqçı müğənninin köməkçisindən 100 min lirə (53 min 080 AZN) pul tələb edib. 

Məqsəd kimi isə guya Muazzez xanımın ailə hesablarının terror təhlükəsi ilə üz-üzə qalması və şübhəlilərin tutulması üçün bu pula ehtiyac olması göstərilib.

Azər telefonla ondan pul tələb edənin fırıldaqçı olduğundan şübhələndiyi üçün polisə müraciət edib. Nəticədə polislə Azər fırıldaqçıların tutulması üçün xüsusi plan işləyirlər. Belə ki, Muazzez Ersoyun köməkçisi fırıldaqçıya yenidən zəng edərək lazım olan pulu hesabdan çəkdiyini və onu təhvil verməyə hazır olduğunu söyləyir. 

Eynilə filmlərdə olduğu kimi Azər pulları fırıldaqçıya təqdim edən zaman polis iş başına keçir və oğrunu yaxalayır.

Fırıldaqçıların Muazzez Ersoyun köməkçisi olan Azəri onun oğlu kimi qəbul etməsi təsadüfi deyil. Belə ki, Azər sosial şəbəkə hesablarında “Ersoy” soyadından istifadə edir, elə bu da yanlış anlaşmalara səbəb olur.