» » Qazaxıstanda helikopter qəzaya uğrayıb

Qazaxıstanda helikopter qəzaya uğrayıb

Qazaxıstanda helikopter qəzaya uğrayıb

Hadisə şahidləri pilotu xəstəxanaya çatdırıblar.

Qazaxıstanın cənubunda yerləşən Jambl vilayətində “Mi-2” vertolyotunun qəzaya uğrayıb.

ucarliyiq.biz-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov deyib.

“Yanvarın 23-də axşam saatlarında bizə Jambl vilayətinin Rıskulov rayonunda helikopterin qəzaya uğraması barədə məlumat daxil olub. Hadisə yerinə xilasetmə-axtarış qrupu və təcili tibbi yardım briqadası göndərilib”, - o deyib. 

Helikopterin pilotu hadisə şahidləri tərəfindən 2-ci dərəcəli yanıq xəsarəti ilə Taras adına №1 xəstəxanaya çatddırılıb.