» » ABŞ-da qar çovğunu: 17 ölü - FOTO

ABŞ-da qar çovğunu: 17 ölü - FOTO

ABŞ-da qar çovğunu: 17 ölü - FOTO

200 mindən çox sakin işıqsız və istiliksiz qalıb.

ABŞ-ın şərqində tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. 

ucarliyiq.biz-ın xarici KİV-ə istinadən məlumatına görə,  ABŞ-ın şərqində minlərlə təyyarə reysi təxirə salınıb, 200 mindən çox sakin  işıqsız və istiliksiz qalıb, yollarda ölüm hallarının əksəriyyətinə səbəb olmuş yüzlərlə qəza baş verib.
 
Virciniya yollarında sutka ərzində 989 yol nəqliyyat hadisəsi qeydə alınıb, polis və xilasedicilər 793 nəqliyyat vasitələrinin sürücülərinə yardım göstərməli olub.  

Nyu-York ştatının qubernatoru Endryu Kuomo güclü qar çovğunu səbəbindən  avtomobillərin şəhərdə hərəkətinə qadağa qoyub.  

Bu barədə qubernator “Tvitter” səhifəsində bildirib.   
 
“Birinci növbədə  insanların təhlükəsizliyidir. Avtomobillərin hərəkətinə qadağa 14.30-dan (Bakı vaxtı ilə 23.30-dan)  tətbiq edilməyə başlayacaq”, deyə məlumatda bildirilir.    

ABŞ-da qar çovğunu: 17 ölü - FOTO

ABŞ-da qar çovğunu: 17 ölü - FOTO

ABŞ-da qar çovğunu: 17 ölü - FOTO

ABŞ-da qar çovğunu: 17 ölü - FOTO