» » Kişinevdə on minlərə insan etiraz edir

Kişinevdə on minlərə insan etiraz edir

Kişinevdə on minlərə insan etiraz edir

“Birlikdə güclüyük!”.

Moldovanın paytaxtı Kişinevin mərkəzi meydanına toplaşan on minlərlə insan baş nazir Pavel Filippin başçılıq etdiyi hökumətin istefasını və həmçinin növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Aksiya Sosialistlər partiyası, “Bizim partiya” və sağ-mərkəzçi “Ləyaqət və həqiqət” platforması tərəfindən təşkil olunub.

TASS-ın müxbiri toplaşanların partiya rəmzlərindən istifadə etmədiklərini yazır. Bəziləri polislərə ağ xrizantemlər verirlər ki, aksiyanın dinc məqsədli olduğunu nümayiş etdirsinlər. Meydanda “Mafiya rədd olsun!”, “Biz xalqıq!”, “Növbədənkənar seçkilər!”, “Birlikdə güclüyük!” kimi şüarlar səsləndirilir.

RİA Novosti yazır ki, polisin məlumatına görə, aksiyaya 11 min insan çıxıb. Lakin təşkilatçılar Kişinevin mərkəzində 100 min insanın etiraz etdiyini deyirlər.