» » Türkiyə təyyarəsində bomba həyəcanı

Türkiyə təyyarəsində bomba həyəcanı

Türkiyə təyyarəsində bomba həyəcanı

Boeing 777 məcburi eniş etdi.

Turkish Airlines şirkətinə məxsus Hyuston-İstanbul marşrutu üzrə hərəkət edən Boeing 777 təyyarəsi İrlandiyada Şannon hava limanında təcili eniş edib, ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir. 

Bildirilir ki, təyyarənin məcburi endirilməsinə göyərtəyə bomba qoyulması barədə şübhələr səbəb olub.

İlkin məlumata görə, təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə yazı aşkarlanıb.

Hyuston-İstanbul aviareysini yerinə yetirən təyyarədə ekipaj üzvləri də daxil olmaqla, 227 nəfər olub.