» » İran banklarına SWIFT-ə qayıtdılar

İran banklarına SWIFT-ə qayıtdılar

İran banklarına SWIFT-ə qayıtdılar

Bu dünyanın istənilən ölkəsinə vəsait göndərmək imkanı verir.

İranın Mərkəzi Bankı ölkənin 12 bankına SWIFT (Ümumdünya banklararası maliyyə telekommunikasiya cəmiyyətidir) sisteminə çıxışa icazə verildiyini elan edib, IRNA agentliyi məlumat yayıb.

ucarliyiq.biz caspianbarrel.org-a istinadən xəbər verir ki, məlumata görə, ölkənin Mərkəzi Bankı, eləcə də Tejarat Bank, Refah Bank, Export Development Bank of Iran, Bank Sepah, Post Bank Iran, Bank of Industry and Mine, Iran-Europe Commercial Bank, Tose`e Ta`avon Bank, Sina Bank, Bank Mellat və Bank Melli-nin indi SWIFT istifadə etmə hüquqları var.

SWIFT ödəmə sistemi maliyyə telekommunikasiyalar sahəsində bütün dünya üzrə maliyyə ismarıclarının operativ ötürülməsini təmin edən aparıcı beynəlxalq sistemdir.

Gün ərzində SWIFT dünyanın 200 ölkəsində yerləşən 8000 maliyyə təşkilatları arasında trilyon dolların köçürülməsi əməliyyatlarına xidmət edir. Hər gün SWIFT üzrə milyonlarla əməliyyat həyata keçirilir.

6000 bank SWIFT sisteminin iştirakçısıdır, sistemə 180 000 xidmət məntəqəsi daxildir. Bu dünyanın istənilən ölkəsinə vəsait göndərmək imkanı verir.