» » İngiltərədən Hindistana uçan təyyarə Bakıda təcili eniş etdi

İngiltərədən Hindistana uçan təyyarə Bakıda təcili eniş etdi

İngiltərədən Hindistana uçan təyyarə Bakıda təcili eniş etdi

Hadisə ötən gün baş verib.

İngiltərənin  paytaxtı Londondan Hindistanın Mumbay şəhərinə uçan təyyarə Bakının Heydər Əliyev adına Hava limanına təcili eniş edib.

ucarliyiq.biz-ın məlumatına görə, hadisə ötən gün baş verib.

Bildirilir ki, “Air İndia” şirkətinə məxsus göyərtəsində 229 nəfərin olduğu Boeing Dreamliner (B-787) təyyarəsi sərnişinlərdən birinin səhhətinin pisləşməsi ilə əlaqədar Bakıda enməli olub.

Bildirilir ki, nəticədə Londondan saat 19:00 radələrində çıxan və Al 130 reysi üzrə hərəkət edən Dreamliner Mumbayın Çatrapati Şivayi beynəlxalq hava limanına bu gün səhər saat 04:00-da çatmalı olsa da, məcburi enişlə əlaqədar təyyarənin Hindistana yerli vaxtla saat 13:00-da eniş edəcəyi gözlənilir.