» » Türkiyənin Rusiyaya qarşı ilk sanksiyaları hazırlanır

Türkiyənin Rusiyaya qarşı ilk sanksiyaları hazırlanır

Türkiyənin Rusiyaya qarşı ilk sanksiyaları hazırlanır

Moskva və Ankaranın münasibətləri Su-24 məhv edildikdən sonra gərginləşib.

Türkiyə ilk dəfə 2015-ci ilin noyabr ayında Ankaraya qarşı qəbul edilmiş Rusiya sanksiyalarına cavab verə biləcək.

ucarliyiq.biz xəbər verir ki, “Komersant” sanksiya tədbirlərinin metallurgiya sahəsinə toxunacağı barədə məlumat yayıb.

“Metal prokatından başqa heç Rusiya məmulatlarına qarşı hər hansı müdafiə tədbirləri nəzərdə tutulmur”, - qəzetin Rusiya və Türkiyə danışıqları ilə tanış olan mənbəsi dəqiqləşdirib.

Türkiyə İqtisadiyyat Nazirliyi tərəfindən aparılmış ölkəyə isti yayma prokatının idxalı üzrə dempinq əleyhinə araşdırmanın nəticələri Rusiya metallurqlarının 13,66 faiz dempinq marjı aldıqlarını göstərib.

Nəşrin məlumatına görə, hesabat əsasında fevralda Ankara ixracatçılar üçün dempinq əleyhinə rüsumların həcminə dair qərar qəbul edəcək, bu rüsumlar bir qayda olaraq dempinq marjının hesablanmış həcminə tamamən müvafiqdir.  

Rusiya tədarükü Türkiyəyə ümumi isti yayma prokatı idxalın 19,2 faizini təşkil edir, qəzetdə qeyd edilib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2015-ci ildə Rusiya 413 milyon dollar həcmində 825 min isti yayma prokatı ixrac edib. Bu məmulatı Türkiyəyə üç müəssisə tədarük edir.

Moskva və Ankaranın münasibətləri noyabr ayının 24-də Türkiyə HHQ-nin Suriyada terror əleyhinə əməliyyata cəlb edilmiş Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsini vurduqdan sonra kəskinləşib.

Bundan sonra Rusiya Türkiyəyə qarşı sanksiyalar yürüdüb və 2015-ci ilin noyabr ayının 28-də prezident Vladimir Putin müvafiq fərman imzalayıb.