» » Avstraliya ştatlarının liderləri respublikanı seçirlər

Avstraliya ştatlarının liderləri respublikanı seçirlər

Avstraliya ştatlarının liderləri respublikanı seçirlər

Bununla belə, hələlik siyasətçilərin dəqiq dövlət modeli yoxdur.

Avstraliyanın demək olar ki, bütün ştat və ərazi liderləri ölkənin parlament monarxiyasından respublika quruluşuna keçməsini dəstəkləyən deklarasiyanı imzalayıblar, BBC məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, bu sənədə imza atmaqdan imtina edən yalnız Qərbi Avstraliya ştatının rəhbəri Kolin Barnett olub. Onun fikrincə Avstraliya gələcəkdə respublika olmalıdır, amma bunun hələ vaxtı çatmayıb.

Petisiya Avstraliyanın respublika hərəkatı ilə təşkil edilib, hərəkat Avstraliya konstitusiyasına dəyişikliklər edilməsinə çalışır ki, Britaniya kraliçası II Yelizaveta dövlət başçısı sayılmasın.  

Avstraliyanın Respublika hərəkatının sədri Piter Fitssimons qeyd edib ki, baş nazir Malkolm Ternbull və müxalifət lideri Bill Şorten daxil olmaqla bütün Avstraliya liderləri monarxiya ilə əlaqənin kəsilməsini dəstəkləyirlər.

Bununla yanaşı, Avstraliyanın monarxiya quruluşunun saxlanılmasının tərəfdarları “Respublikaçı” siyasətçilərin hələki mövcud sistemi əvəz edə biləcək, dəqiq dövlət modeli olmadığını iddia edirlər.  

Hazırda Avstraliyada dövlət rəhbəri rəsmi olaraq Böyük Britaniya kraliçası II Yelizaveta hesab olunur, onun nümayəndəsi general-qubernatordur.

1999-cu il referendumunda avstraliyalılar ölkənin respublika quruluşuna keçməsinin əleyhinə səs verdilər. O zaman hazırkı baş nazir Malkolm Ternbull respublika hərəkatının rəhbəri idi.

Amma hakimiyyətə gəldikdən sonra Ternbull II Yelizaveta Britaniya tax-tacında olduğu müddət ərzində Avstraliyanın dövlət quruluşunun dəyişməsinin əksinə olduğunu bildirdi.