» » İran prezidentinin Avropa səfəri başladı

İran prezidentinin Avropa səfəri başladı

İran prezidentinin Avropa səfəri başladı

O, Vatikanda Roma Papası ilə də görüşəcək.

İran prezidenti Həsən Ruhaninin bu gün İtaliyaya səfəri başlayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

Məlumata görə, Ruhanı bu səfər çərçivəsində İtaliya prezidenti, baş nazir və yüksək vəzifəli şəxslərlə görüşəcək. Bundan başqa, H.Ruhaninin İtaliya sənayeçiləri və iş adamları ilə də görüşü nəzərdə tutulub. Ruhani həmçinin Vatikanda Roma Papası Frensis və Vatikan Baş Naziri ilə görüşlər keçirəcək.

İran Prezidenti İtaliya görüşlərini başa vurduqdan sonra, çərşənbə günü, yəni yanvarın 26-da Fransanın paytaxtı Parisə səfər edəcək. 

Ruhani, Fransanın sənaye və iş adamlarının yanaşı Parisdə Fransa Prezidenti və YUNESKO-nun baş direktoru ilə ikitərəfli görüşlər keçirərəcəyi, fikir mübadiləsi aparacağı gözlənilir. 

Dörd gün davam edəcək bu səfərlərdə prezident Fransa və İtaliyanın media və mətbuat nümayəndələri ilə görüşlər keçirəcək. O, cümə günü Tehrana qayıdacaq.