» » Səudiyyə Ərəbistanının bu bəyanatı nefti sürətlə ucuzlaşdırır

Səudiyyə Ərəbistanının bu bəyanatı nefti sürətlə ucuzlaşdırır

Səudiyyə Ərəbistanının bu bəyanatı nefti sürətlə ucuzlaşdırır

“Saudi Aramco”nun prezidenti açıqlama verdi.

Səudiyyə Ərəbistanının dövlətə aid neft şirkəti neft sektoruna qoyulan investisiyaların həcmini azaltmayacağını qeyd edib. 

ucarliyiq.biz bu barədə Milliyyət-ə istinadən xəbər verir. 

Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı, neft qiymətlərindəki tənəzzüldən əvvəlki səviyyədə neft sektoruna investisiya yatıracağını açıqlayıb. Bu vəziyyət isə Səudiyyə Ərəbistanının rəqibləri ilə mübarizədə təslim olmayacağına işarə edir.

Dövlətə aid Saudi Arabian Oil Co. (Saudi Aramco) şirkətinin prezidenti Xalid Al-Falih bu gün etdiyi açıqlamada neft-qaz layihələrinə investisiyanın davam etdiyini bildirib. 

“Neftin aşağı qiymətləri ilə bağlı isə şirkət yeni bir strategiya hazırlayır”, - deyə o qeyd edib. 

“Səudiyyə Ərəbistanı ucuz istehsalçı olmaq üçün bütün detalları nəzərə almaqla hazırlıq edib. Ucuz istehsalçı olmaq üçün bacarıq və texnologiyaya sahibik. “Aramco”nun prezidenti olaraq, investisiya imkanlarını artırmaqda davam edirəm. Bu konteksdə, neft və qaz sektoruna qoyulan xərclər azaldılmayıb”, deyə o bəyan edib. 

Xatırladaq ki, neftin kəskin bahalaşmasından sonra qiymətlər yenidən enməyə başlayıb. Bloomberg isə buna səbəb kimi, Səudiyyə Ərəbistanının bu açıqlamasını göstərib.