» » Kadırova akademik adını hansı xidmətlərinə görə aldığını açıqladı

Kadırova akademik adını hansı xidmətlərinə görə aldığını açıqladı

Kadırova akademik adını hansı xidmətlərinə görə aldığını açıqladı

“Mən bir neçə ay bu nişanı və diplomu qəbul etməyə razılıq vermədim”.

Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Təbiət Elmləri Akademiyasının Çeçenistan respublikasında sülhün və sabitliyin bərpa edilməsində əldə etdiyi nailiyyətlərə görə fəxri akademiki adını almasını bildirib. Bu barədə o, öz Instagram səhifəsində yazıb.

ucarliyiq.biz xəbər verir ki, Kadırovun sözlərinə görə, 10 il əvvəl o, respublikada baş nazir vəzifəsini tuturdu, ona Rusiya Təbiət Elmləri Akademiyasının ictimai təşkilatının fəxri akademiki adını vermək qərarına gəldiyi barədə məlumat verilib.

“Mən bir neçə ay bu nişanı və diplomu qəbul etməyə razılıq vermədim. Amma yaxın dostlar, etiraz etməyin etik olmadığını bildirərək məni yola gətirdilər. 2006-cı ilin yanvar ayında Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti Aleksandr Laqutkin Qudurmesə gəldi.

O qeyd edib ki, bu ad Çeçenistanda sülh və sabitliyin bərpa edilməsində nailiyyətlərə görə təqdim edilir”, - Kadırov bildirib.

“Rusiya Təbiət Elmləri Akademiyasının rəhbərliyi heç zaman bu adın elmi nailiyyətlər üçün verildiyini bəyan etməyib.

Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti Oleq Kuznetsov deyib ki, fəxri ad “Çeçenistanın hərbçiləri və sakinlərinin həyatını qurtarmaq üçün gündəlik göstərilən əməyə görə” təqdim edilib”, - respublika rəhbəri vurğulayıb.