» » Avropolis: İŞİD Avropada terror aktları planlaşdırır

Avropolis: İŞİD Avropada terror aktları planlaşdırır

Avropolis: İŞİD Avropada terror aktları planlaşdırır

“Təhlükəyə dair strateji anlayışı təkmilləşdirmək lazımdır”.

“İslam dövləti” (İŞİD) Avropada irimiqyaslı terror aktları planlaşdırır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə bazar ertəsi Avropa İttifaqı polis xidməti (Avropolis) məlumat yayıb.

“Avropa hal-hazırda son 10 ildə ən ciddi terror təhlükəsi ilə üzləşib”, - Təşkilatın saytında Avropolisin bazar ertəsi yaydığı məlumatda deyilir.

Qurumun versiyasına görə, 2015-ci il noyabrın 13-də Parisdə baş verən terror aktları İŞİD-in fəaliyyətinin irəlilədiyini göstərir. Bu fəaliyyət artıq beynəlxalq səviyyədədir və beynəlxalq sahədə xüsusi təyinatlı qüvvələrin üslubunda hücumlarının həyata keçirilməsinə istiqamətlənib.

“Yaraqlıların artan sayı Aİ-yə üzv ölkələr üçün yeni həyəcan yaradır”, - Avropolisdə hesab edirlər.

“Aİ-də gələcəkdə də terror aktları həyata keçirilə bilər. Aİ-də terrora, terror şəbəkələrinə qarşı cavab tədbirlərini gücləndirmək, eləcə də təhlükəyə dair strateji anlayışı təkmilləşdirmək lazımdır”- polis xidməti xəbərdarlıq edir.