» » ABŞ-da güclü qar: 41 nəfər həyatını itirdi

ABŞ-da güclü qar: 41 nəfər həyatını itirdi

ABŞ-da güclü qar: 41 nəfər həyatını itirdi

Federal dövlət müəssisələri bağlanacaq.

ABŞ-da güclü qar yağması nəticəsində 41 nəfər adam ölüb, Associated Press məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, bütün ölümlərin yol qəzalarının, eləcə də qar yığımı zamanı ürək tutması nəticəsində olması qeyd edilir.

Ölənlərin cəsədləri Vaşinqtonda, Delaverdə, Kentukkidə, Merilendə, Nyu-Cersidə, Nyu-Yorkda, Cənubi və Şimali Karolinada, Ohayoda, Pensilvaniyada, Tennesi və Virciniyada aşkar edilib.

Daha öncə Vaşinqtonda yerləşən Amerika federal dövlət müəssisələrinin yanvar ayının 25-də son qar yağmasına görə bağlanacağı barədə məlumat yayılmışdı.

Eləcə də əlverişsiz hava şəraitindən sonra Nyu-York, Filadelfiya və Baltimor aeroportlarının öz işlərini mütəmadi olaraq bərpa etməyə başladıqları məlum olub.