» » ABŞ-ın Maliyyə Nazirliyi Putini rüşvətxorluqda ittiham etdi

ABŞ-ın Maliyyə Nazirliyi Putini rüşvətxorluqda ittiham etdi

ABŞ-ın Maliyyə Nazirliyi Putini rüşvətxorluqda ittiham etdi

“O, öz sərvətini gizlədir”.

Amerika hakimiyyəti rusiyalı prezident Vladimir Putinin rüşvətxor olduğunu və öz sərvətini gizlətdiyini hesab edir.

ucarliyiq.biz xəbər verir ki, bu bəyanatı ABŞ maliyyə nazirinin müavini Adam Şubin BBC-nin “Panorama” proqramının araşdırması çərçivəsində edib. Veriliş Böyük Britaniyada bazar ertəsi efirə çıxıb.

“Mən rəqəmləri deməyə hazır deyiləm, amma deyə bilərəm ki, o, (Putin) dövlətdən 110 min dollar həcmində məvacib alır. Bu, həmin şəxsin sərvətinin korrektəsiz həcmidir. O, öz sərvətini gizlətmək üzrə böyük təcrübəyə malikdir”, - Şubin bəyan edib.

Vladimir Putinin rüşvətxor olmasına dair birbaşa suala məmur təsdiqləyici cavab verib.

Onun sözlərinə görə, rusiyalı prezidentin rüşvətxor olmasına dair Amerika hakimiyyətinin uzun illər bundan öncə məlumatı olub.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov BBC üçün şərhlərində ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsinin Rusiya prezidentinin rüşvətxor olmasına dair bəyanatının uydurma olduğunu bildirib.

“Bu sualların heç birinin cavaba ehtiyacı yoxdur, belə ki, bu, tamamən uydurmadır”, - Dmitri Peskov vurğulayıb.