» » Ruhani İtaliyada 17 milyard dollarlıq saziş imzaladı

Ruhani İtaliyada 17 milyard dollarlıq saziş imzaladı

Ruhani İtaliyada 17 milyard dollarlıq saziş imzaladı

İran rəhbərinin Avropa turnesi beş gün davam edəcək.

İran prezidenti Həsən Ruhaninin İtaliyaya rəsmi səfəri çərçivəsində ümumi dəyəri 17 milyard dollara yaxın bir sıra saziş imzalanıb, ucarliyiq.biz BBC-yə istinadən xəbər verir.

İtaliya şirkətləri ilə razılaşmalar əsasən energetika və infrastruktur sahələrinə aiddir.

İmzalama mərasimindən sonra Ruhani İtaliyanın baş naziri Matteo Rentsi ilə Kapitoliyada şam yeməyinə yola düşüb.

Çərşənbə axşamı H.Ruhani Vatikanda Roma Papası Fransisk ilə görüşəcək. Daha sonra İran prezidenti Fransaya səfər edəcək. Parisdə “Airbus” şirkəti ilə 100-dən çox təyyarənin alınmasına dair sazişin imzalanacağı gözlənilir.

İran nümayəndə heyəti, hökumət üzvləri və iş adamları daxil olmaqla 120 nəfərdən ibarətdir. 

İran rəhbərinin Avropaya səfəri beş gün davam edəcək. Səfər İranın üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra Qərblə əlaqələrin bərpasına yönəlib.

Keçən həftənin şənbə günü Çin Xalq Respublikasının sədri Si Cinpin İranda rəsmi səfərdə olub.

İki ölkə arasında müxtəlif sahələri əhatə edən 17 saziş imzalanıb. 10 il müddətində iki ölkə arasında ticarət dövriyyəsinin 600 milyard dollara çatdırılmasına dair razılığa gəlinib.

[u][/u]