» » Rusiyada oğurlanmış azərbaycanlı azad edildi

Rusiyada oğurlanmış azərbaycanlı azad edildi

Rusiyada oğurlanmış azərbaycanlı azad edildi

Yerli əməliyyatçılar şübhəli şəxsləri saxlayıblar.

Rusiyanın Tversk vilayətində oğurlanmış azərbaycanlı azad edilib, ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir.

52 yaşlı Azərbaycan vətəndaşı yanvar ayının 22-də Primorsk rayonunda Bolşaya Kamenka qəsəbəsində yerləşən bağ evindən oğurlanmışdı.

Həyat yoldaşının sözlərinə görə, kişini Tversk vilayətində tapıblar. Yerli əməliyyatçılar şübhəliləri saxlayıblar.

Kişi hal-hazırda evindədir.

Agentlikdən verilən məlumata görə, kişi izahatda onu heç kimin oğurlamadığını, bir neçə nəfərlə 500 km uzaq məsafəyə könüllü olaraq getdiyini bildirib.

Onlar “mövcud olmayan borc” məsələsini müzakirə etməli idilər.