» » Əli Babayev “Gürcü arzusu”ndan deputat ola bilər

Əli Babayev “Gürcü arzusu”ndan deputat ola bilər

Əli Babayev “Gürcü arzusu”ndan deputat ola bilər

“Mən indi də partiyanın fəal üzvüyəm”.

2016-cı il seçkilərində Gürcüstan azərbaycanlılarının milli konqresinin sədri Əli Babayevin adı “Gürcü arzusu”nun seçki siyahısına düşə bilər.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

Babayevin izahatına görə, iqtidar ilə danışıqlar aparılır və razılıq əldə edildiyi halda Babayev “arzunun” siyahısına düşəcək.

“Mən “Gürcü arzusu – demokratik Gürcüstan”ın təsisçilərindən biriyəm. İdarə şurasının üzvü olmuşam, İvanişvilinin sədrliyi altında siyasi şuranın üzvüyəm. Amma siyahıya düşməmişəm.

“Gürcüstan arzusu” ilə danışıqlar aparıram və partiyanın adından seçkilərdə iştirak etmək istəyirəm. Mən indi də partiyanın fəal üzvüyəm”, - Babayev bəyan edib.