» » Nemtsovun qətlinin araşdırması başa çatıb

Nemtsovun qətlinin araşdırması başa çatıb

Nemtsovun qətlinin araşdırması başa çatıb

İş baxılması üçün məhkəməyə təhvil veriləcək.

İstintaq siyasətçi Boris Nemtsovun qətlinin araşdırılmasının başa çatdığını elan edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ittiham edilənlərdən biri Musa Hadisovun vəkili deyib.

“Demək olar ki, elə indicə mənə İstintaq komissiyasından zəng edərək istintaqın başa çatdığını bildirdilər, yaxın zamanda işin materialları ilə tanış olacağıq”, - vəkil deyib.

Zərərçəkənlər, müttəhimlər və onların müdafiəçiləri işin materialları ilə tanış olduqdan sonra iş əvvəlcə prokurorluğa, daha sonra isə baxılması üçün məhkəməyə təhvil veriləcək.

Fevral ayının 28-nə keçən gecə Moskvanın mərkəzində güllələnən Nemtsov 1990-cı ildə Rusiya hakimiyyətində yüksək vəzifələrdə çalışıb, 2000-ci illərdə müxalifətə keçib.

İş üzrə hələlik beş nəfər saxlanılıb- ehtimal edilən qatil Zaur Dadayev, cinayətkarları informasiya ilə təmin edən və cinayətdən sonra onları gizlətməli olan Həmzət Babayev, Nemtsovun marşrutlarını izləyən Tamerlan Əsgərxanov, eləcə də Anzor və Şadid Qubaşev qardaşları. Onların cinayətdə rolunu istintaq açıqlamır.  

Bundan başqa qətlin təşkilatçısı “Sever” batalyonunun zabiti Rusan Muxudinov qiyabi olaraq həbs edilib və beynəlxalq axtarışa verilib.