» » Əsəd Rusiyadan siyasi sığınacaq istəməyib

Əsəd Rusiyadan siyasi sığınacaq istəməyib

Əsəd Rusiyadan siyasi sığınacaq istəməyib

Lavrov KİV-in məlumatını təkzib edib.

Suriya prezidenti Bəşər Əsəd Rusiyadan siyasi sığınacaq istəməyib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə 2015-ci ilin yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan edib.

“Heç kim heç bir siyasi sığınacaq istəməyib, heç kəs belə bir şey təklif etməyib”, - nazir vurğulayıb.

Lavrov həmçinin KİV-in Baş İstintaq İdarəsinin sabiq rəhbərinin Əsədə istefaya getməsini təklif etməsini də təkzib edib.

“Mərhum İqor Serquna istinad edərək yayılan uydurma məlumatları da oxumuşam, guya ki, o, prezident Əsədə istefaya getməsini təklif etmək üçün Dəməşqə gedib. Bu, doğru deyil. Prezident Əsəd ilə belə bir söhbətə ehtiyac yox idi” - nazir qeyd edib.   

Daha öncə Financial Times nəşri qərbi kəşfiyyat idarələrində adı çəkilməyən mənbələrə istinadən Rusiya SQ-nın Baş istintaq idarəsinin rəhbəri İqor Serqunun Dəməşqə gedərək Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Əsəddən prezident postundan istefa etməsini təklif etdiyi barədə məlumat yayıb. Nəşrin versiyasına görə, Əsəd etiraz edib.