» » Moskvada qrip epidemiyası

Moskvada qrip epidemiyası

Moskvada qrip epidemiyası

“Xüsusi sərəncama qədər karantin elan edilsin!”.

Moskvada qrip və KRX (kəskin respirator xəstəliklər) epidemiyası qeydə alınıb, bununla əlaqədar təşkilatlarda və şəhər obyektlərində yanvar ayının 26-dan karantin elan edilir.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.

“Əhaliyə görə, xəstəlik göstəricisi epidemik giriş göstəricisi olan 3,7%-i keçib”, - baş sanitar həkimin qərarında qeyd edilir.

Sənəddə yanvar ayının 18-dən 24-nə qədər qrip və KRX-yə yoluxma əvvəlki həftə ilə müqayisədə 1,5 dəfə artıb.

“2016-cı ilin yanvar ayının 26-dan başlayaraq xüsusi sərəncama qədər məhdudlaşdırıcı tədbir – karantin Moskva ərazisində yerləşən təşkilat və obyektlərdə həyata keçirilsin”, - qərarda tövsiyə edilir.

Keçən həftə Rospotrebnadzor Sankt-Peterburqda qrip epidemiyasının oluğunu elan edib.

İlin əvvəlindən qripin ağırlaşması ucbatından Rusiyada 25 nəfər ölüb.