» » Papa Ruhani ilə görüşdü

Papa Ruhani ilə görüşdü

Papa Ruhani ilə görüşdü

“Sülhə ümid edirəm”.

Vatikanda Roma papası Fransisk və sanksiyaların ləğv edilməsindən sonra ilk dəfə Apennikada səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüş 40 dəqiqə sürüb.

ucarliyiq.biz xəbər verir ki, görüş protokola görə, Apostol sarayında papa kitabxanasında keçirilib.

Vatikana səfərdə Ruhanini 12 nəfərdən ibarət heyət və tərcüməçi müşayiət edib. Görüş zamanı papa italyanca, İran prezidenti isə farsca danışıb.   

Görüşə dair Müqəddəs taxtın rəsmi məlumatı hələ yayılmayıb, amma görüşün səmimi atmosferdə keçdiyi məlumdur. Ruhani ilə vidalaşarkən Fransisk “bu səfərə görə sizə minnətdaram və sülhə ümid edirəm” deyib.

Görüş zamanı hədiyyələr təqdim edilib. Ruhani Pontifikə əl toxuması xalça və kitab hədiyyə edib.

İran prezidenti ənənəvi papa hədiyyəsi alıb, plaşı ilə kasıbı örtən müqəddəs Martinin siması olan medal, eləcə də Fransiskin 2015-ci ilin iyununda dərc edilən və ətraf mühitin mühafizəsinə həsr edilən Laudato si (şükürlər olsun) ensiklikini alıb.