» » Türkiyə şirkəti yeni Betmenə sponsorluq edir

Türkiyə şirkəti yeni Betmenə sponsorluq edir

Türkiyə şirkəti yeni Betmenə sponsorluq edir

Türkiyə daşıyıcısı saziş çərçivəsində bir sıra aksiyalar hazırlayıb.

Türkiyə daşıyıcısı Turkish Airlines (ТА) Boeing 777-lərindən birinin füzelyajının yeni rənglənməsinə başlayıb.

Anadolu agentliyinin məlumatına görə, onun ənənəvi ağ bortlarında indi iki qəhrəman Supermen və Betmenin loqotipləri yer alıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, TA təyyarəsinin yeni rənglənməsi – Warner Brothersstudiyasının “Betmen Supermenə qarşı: Ədalət üfüqündə” (Batman VS Superman: Dawn Оf Justice) bloqbasterinin gözlənilən reklamının bir hissəsidir.  

TA filmin və onun iki qala-nümayişinin rəsmi sponsoru olub. Qala təqdimatlar 24 və 25 mart tarixində Böyük Britaniya və ABŞ-da olacaq. Şirkətin idarə heyətinin sədri İlker Ayci qeyd edib ki, Warner Brothers ilə razılaşmaya əsasən TA-nın reklamı filmin özündə də prodakt-pleysment kimi göstəriləcək.

“Biz gün ərzində Türkiyə və ABŞ arasında beş min sərnişin daşıyırıq. Atlanta reysinin açılışından sonra bizim ABŞ-da artıq doqquz məntəqəmiz olacaq. Sərnişinlərin sayı isə 6,5 minə qədər artacaq. Markanın tanınmasına görə, bizim şirkət Almaniyanın Lufthansa şirkətini bir pillə geridə qoyub”, - TA-nın rəhbəri bildirib.

Sponsorluğa razılıq çərçivəsində Türkiyə daşıyıcısı öz müştəriləri üçün bir sıra aksiyalar hazırlayıb. Təyyarənin göyərtəsində olan uşaqlar super-qəhrəmanların fiqurlarını və franşizanın loqotipləri ilə digər əşyaları hədiyyə alacaqlar. 

Arzu edənlər filmin simvolikası olan Miles&Smiles kartını qeydiyyatdan keçirə bilərlər, bundan başqa biznes-klass sərnişinlərini də sürprizlər gözləyir.

Bununla yanaşı, Warner Brothers rəsmi olaraq TA-ya məşhur “Betmobili” bütün dünyada proumotr aksiyalarının və filmin təqdimatlarının keçirildiyi məkanlara daşımağa etibar edib.